Dəli Yazar - Gedirəm (Official Music Video 2016) - Video
PUBLISHED:  Nov 24, 2016
DESCRIPTION:
Music by Deli Yazar performing `Gedirem` 2016 ©
Download: http://www.share.az/t45wzf2aevg9/D%C9%99li_Yazar_-_Gedir%C9%99m.mp3.html
Beat: Sezer Kundakcı
Camera: Nijat Kazımov
Video edit and Color correcting: Tofig Shamkhalov
Mix/mastering: Farhad Tagiyev
Instagram: https://www.instagram.com/deli_yazar_official/
Strasbourg 2016 ©

Sözlər:

Sən mənim qoxladığım ətirli güllərdəsən
Səni yazıram tarixə böyük insan dillərdəsən
Səni ilk dəfə onunla görəndə əsəb oldum
Amma indi tanıyıram onu əmin əllərdəsən

Təmiz qadın, gözəl saçlarından şalı salmısan
O qədər dil tökürəm bir kəlmə de lalmısan?!
Ortaq dostlarımızla dərdləşirik deyirlər ki,
Məndən sonra içib başqası üçün ağlamısan

Əsən külək gözlərimdəki yaşları qurutmazmı?!
Mənim evimdə qış ikən, sənin evində yazmı?!
İlahi, bu nə cür işdir anlamıram?!
6 ildə bir insan bir insanı unutmazmı

Uzaqdan sevdim səni de görüm vecinə idi?
Min şeir yazdım sənə sənə görə heçnə idi
Savaşmıram artıq, bunun üçün qınama məni
Bilirsən Sevmək bəzən vaz keçməkdir


Indi unudub gedirem indi bu son vida son qatar
Göz yaşlarımı da silib, qürurumu da alıb gedirəm
Sənə verdiyim əmanətimi qəlbimi səndən geri götürüb
Son defə qapını arxadan vurub, qaşımı üzümə çatıb gedirəm

Sən mənim baxçamda dərmədiyim tək gülüm
Ürəyimə baxma qan ağlayır amma gözüm gülür
Və bu gün günlərdən nə? tanış gəlir hüzün
Ayrılığın il dönümünə biraz şərab biraz tütün

Çağır gəlim, dərdin olsa gözün yaşın silim
Amma sevgi olmaz
Sənlə birgə atan ürək səndən uzaq sevər səni
Əsla birgə olmaz

Mən səninlə yaşlanıram, bax içimdə qəzəb
Sən biraz da ölürsən mən yazanda qəzəl
Məndə günah səni qaldırıb qoydum dağın başına
O dağ düşdü başıma, qəlbim oldu xəzər

Illərdir tərif etdim mahnılarda ruhuna
Məni yarım qoyan qadın, görüm çəksin ruhun ar
Və sonda təşəkkürlər, çəkdirdiyin hər əzaba
İllərdir zülüm elədin, minnətdaram, ƏLVİDA !
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top