Baxarammi hec__Vüqar Rahi.wmv - Video
PUBLISHED:  Aug 28, 2012
DESCRIPTION:
BAXARAMMI HEÇ ?!

Bütün varlığımla səninəm canım,
Səndən qeyrisinə qaynamaz qanım,
Hurilər alsa da bir ömür yanım,
Səndən özgəsinə baxarammı heç?!
Qəlbini yandırıb yaxarammı heç?!

Sanma ki, əhdimi pozmuşam gülüm,
Yanında yolumu azmışam gülüm,
Adını qəlbimə yazmışam gülüm,
Səndən özgəsinə baxarammı heç?!
Qəlbini yandırıb yaxarammı heç?!

Fikrim sənli evdə, sənli ocaqda,
Ürəyim dayanar özgə qucaqda,
İstər yanımda ol, istər uzaqda,
Səndən özgəsinə baxarammı heç?!
Qəlbini yandırıb yaxarammı heç?!

Bir an dəyişmərəm yada səni mən,
Tapmışam gəzdiyim çünki məni mən,
Səni dəlilər tək sevən, yəni mən,
Səndən özgəsinə baxarammı heç?!
Qəlbini yandırıb yaxarammı heç?!

Səninlə behiştdən qovulmuşamsa,
Hicrində sən deyib boğulmuşamsa,
Səni sevmək üçün doğulmuşamsa,
Səndən özgəsinə baxarammı heç?!
Qəlbini yandırıb yaxarammı heç?!

Müəllif: Vüqar Rahi
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top