Zaman[MizaN, CinaS ] - Ayrılıq Küləyi - Video
PUBLISHED:  Apr 27, 2014
DESCRIPTION:
Mp3 olaraq Endir | İndir | Download : http://bit.ly/ayriliqkuleyi1
Cinas Zaman(facebook) : http://bit.ly/cinaszaman
Mizan Zaman(facebook) : http://on.fb.me/1cekCLf
Melankolia Azərbaycan(facebook) : http://bit.ly/IxYpfW
ZamanRapBand (Twitter) https://twitter.com/ZamanRapBanD
Mixed by : Master records
PS: ZamaNRaPBanD youtube səhifəsinin paylaşdığı videoları zəhmət olmasa youtube hesabınıza yükləməyin. Əks halda səhifəniz youtube tərəfindən cəzalandırıla bilər.

MİZAN:
Kibritin qələmimdən yaman aciz
Söndürər o yanğılar içində
Böyüdən aynalarda özünü izləməkdir kiçiklik
Dindirin yaralı qəlbi , gözəl nəğmələr duyular
Hönkürən könül unutmaz qalaq yaranı
Mən də naziləm bu yolda təxribat da məhvə doğru gedən hər addım da yenə də dik durar Mizan
Ayaqda qalmaq , ayaqdan çəkənlərin cəzası
Cənazə qalxar bu diyardan ağrıdan ağlayan gözlərin
Tənhalıq sədəfdə mirvarinin həbsidir və
Içimdə Məkkəyə düşən qar dənəsi olmaq istəyi
Yaranan qırışlarında mərdanə düzülə biləm kaş anam
Su keçməyən aramızdan bilirəm vaxt gələr torpaq keçər.
Və Anlayanda gec olur biraz səbr gərək ki sonda dərk edim yazarlar cavan ölür döz çətini ölənəcəndi
Mənə bu külli cahandan yeni bir dad bula könlüm ki nəzakət(i) şərəfdən olmasın kənar
Bilə bilməz ki məhv olub gedən ömrün sonu bir məhfuma qəlbən yenə möhtac qalacaqdır ki o hislər qarışıb nifrəti içdə yenidən dəfn eləsin
Nur dənəsi
Zülməti cəhənnəm eşqi zülmdəndir məsaməsi

NƏQARƏT:
Yenə ayrılıq küləyi əsər ömrümüzə
Bax zülmətlər qəlbimizə
Bil günnən günə bitirik biz
Deməy itirik biz heçnədən

CİNAS:
Şərt mi dir gedəsən zalım?
Hönkürər cahan içimdə zülmət olar sözlərimin günəşi
Əldə var ki əlvida və əlimi üzdü saqi indi söndü çıraq gör
Ki, tərs gəlirdi çöhrəsində bir zamanlar yalan
Tərsbətərs baxar etdiklərin bu güzgüdə
Vicdan adlı aynan qırıq qəlbim oldu bax
Kimindi dolan buludlardan axan göz yağışları?
Bağışlanılmamağ səbəbim çox bağışlamağ
Sənə görə deyəsən boş
paradokslar dünyasında məhv olur CinaS
Xoş günündə doğru bəd günündə səhv olur CinaS
Kibirdə qaldı keçmiş beldə yük kimin ?
Kimin ki, əhv edib CinaS kimin ki, qərq olanda dərdi fərdi pərdə tutdu gerçəyə
Bəlkə birdə görmədin dedin məni
Xoşbəxtliy aşiq olduğum yalandı anladım mən 21`də
Qəlbi deşdi işdi bir də CinaS gəlmələrlə bağlı
Həmlələrlə bağlı peşman oldu gəncliyim bu yolda xərclənir
Bu yolda dərdlənir, Bu yol da köhnəlirdi sağlam olan cavan bədən
Yavan çörək bal dadmaz ac qalardı rəhmətə
Və mərhəmət qürurlu insanların xəyal qırığları
Anladım bunu!
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top