Aliend- İntihar - Video
PUBLISHED:  Jun 28, 2015
DESCRIPTION:
Audio by Aliend performing İntihar . © 2015, The Eighty Eights Production, LLC.
Studio- BD RecordZ
Mix&Mastering- Edvard Bueno
Download- https://soundcloud.com/eq-baku-devisl/ailend-intihar
Facebook Page-https://www.facebook.com/pages/The-Eighty-Eights/854393841320095
Lyrics:
Yenə carəsiz bir binanın damı,
Burda təkəm bəs sevdiklərim hanı,
Gizli həqiqət yaxınlarım gülür üzümə,
Hamı gözləyir məni itirəcəyi anı.

Hər şey gözəl görsənir bu mənzərədən,
Qəlbini ozgəsinə tapşıranların gözü qalıb pəncərədə,
Qərarımı verməmişdən öncə hər şeyi keçirirəm nəzərdən,
Bunun mənası yoxdu,qərar verilib əzəldən.

Gözlərim son dəfə ulduzlara baxır,
Ulduzlar qarşısında bitəcək 17 illik nağıl,
Bir vaxt dünyaya ümidlə açılan bu gözlərdən,
Indi son dəfə ayrılıq göz yaşları axır.

Illər keçdikcə fərq etmirdi nə payız,nə qış,
Ümid edərdim hər şeyi dəyişər bir baxış,
Səmimi davrandığım insanların acı cavablarıyla,
Günü gündən dəyişirdi qəlbimdəki naxış.

Təsəlli axtarırdım insanlardakı üzlərdə,
Birisinə yazmaq istəyi, cavab gözləmək günlərlə,
Indi isə bir neçə mərtəbə görsənir ayaqlar altında,
Bura qalxmaq ucun iz qoydum geride qalan illerde.

Bax indi gedəcəyimi heç kim görməyəcək,
Her gün özünə qapanma hissi geri dönməyəcək,
Son mekanım olan bu binanın işıqları belə,
Mən öldükdən sonra birdə heç vaxt sönməyəcək.

Kaş geri dönüb dəyişərdim hər şeyi,
Ölümle üz-üze durmaq nəticəsi oldu bu taleyin,
Zəif insan ola bilərəm çıxış yolum bu deyil,
Sadəcə mənim sevgim mənim yox olmaq istəyim.

Mən çox insan gördüm yaşayardı tələdə,
Həmişə yaxşılıq hissinin olduğunu düşünərdim hərədə,
Indi hamıdan uzaqda həyatdan ayrılıram,
Mən var olanda unudanlar unudacaqlarmı hələdə.?

Yadıma gəlir dostlardan alınan hədiyyələr,
Sevildiyimi başa düşənde keçirdiyim xoş saniyələr,
Dostlarda inanmırdı Ali bir gün gedəcək,
Gedib içindəki narahatlığı yox edəcək.

Bu ürek 17 ildi heç kəsi sevməyib,
Çünki səmadan ruhuma bir “Mələk” enməyib,
Yox olmağım dərd verəcək yaxınlarıma,
Deyəcəklər Ali yaşayır hələ ölməyib.

Həmişə istədim gizlədim içimdəki kədəri,
Qaçıb insanlardan uzaqlaşmaq oldu səbəbi,
Hər dəfə qaçanda geri gəlmək ümidim olardı,
Amma indi əlvida deyərək gedirəm əbədi.

Indi burdan atlanaraq səmada uçuşacam,
Məzara ağ kəfəndə girib torpağa qovuşacam,
Artıq bədən donur, vücudumu hiss eləmirem,
Bir hərəkətlə olanları geridə buraxıb həyatı tərk edirem.
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top